Lənkəranda ağır QƏZA – Xəsarət alan var

Lənkəranda ağır QƏZA –

Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Girdəni kəndindən keçə hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüsey oğlu Fərəcov idarə etdiyi “Mercedes” markalı 44-BR-444 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarə etmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Ətrafdakıların köməyilə sürücü avtomobildən çıxarılaraq təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.

Sabutay Nağıyev

Mənbə: bizim.media