Rusiya vətəndaşı İrəvanda intihara cəhd etdi - FOTO

Rusiya vətəndaşı İrəvanda intihara cəhd etdi - FOTO

İrəvanda özünü “Qələbə” körpüsündən atmaq istəyən Rusiya vətəndaşının intihara cəhdinin qarşısı alınıb.

Bbu barədə “shamshyan.com” saytı məlumat yayıb.

Qeyd olunur ki, intiharın qarşısı aprelin 26-da İrəvan patrul xidmətinin əməkdaşları tərəfindən alınıb. Fotojurnalist Qaqik Şamşyan xəbər verir ki, gecə yarısı Maştots polis şöbəsinə bir vətəndaşın körpünün təhlükəli xəttini keçərək özünü aşağı atmaqla hədələməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gələn patrul xidmətinin əməkdaşları vətəndaşla söhbətə girib, onu xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.

O, Maştots polis şöbəsinə aparılıb, orada Ajapnyak və Davitaşen rayonlarının istintaq şöbəsinə təhvil verilməsi üçün sənədlər tərtib edilib.

Fotomüxbirin sözlərinə görə, vətəndaş əcnəbidir və milliyyətcə rusdur.

Mənbə: publika.az