Vətəndaş sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verdi - FOTO

Vətəndaş sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verdi -

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Vətəndaşa nümunəvi hərəkətinə görə təşəkkür edilib.

Abşeron RPİ əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Mənbə: bizim.media