İmişlidə qəzada xəsarət alan əkiz körpələrdən biri öldü - FOTO

İmişlidə qəzada xəsarət alan əkiz körpələrdən biri öldü -

İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan əkiz körpələrdən biri ölüb.

Yol qəzasında xəsarət alan 2024-ci il təvəllüdlü əkiz qardaşlar Niftullayev Nurlan Nemət oğlu və Niftullayev Firudin Nemət oğlu reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərinə səyinə baxmayaraq Nurlanın həyatını xilas etmək mümkün olmayıb.

O, gecə saat 4 radələrində ölüb. Faktla bağlı araşdırma aparılır.




Mənbə: bizim.media