İranda güclü zəlzələ nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

İranda güclü zəlzələ nəticəsində 2 nəfər ölüb -

İranda baş verən 5 bal gücündəki zəlzələ nəticəsində 2 nəfər ölüb.

Bu barədə IRNA məlumat yayıb.

***

15:28

İranda baş verən zəlzələ nəticəsində indiyədək 30 nəfər xəsarət alıb.

Dağıntılar altında qalanlar var.

***

15:15

İranda zəlzələ baş verib.

İranın şimal-şərqindəki Rəzəvi Xorasan vilayətində qeydə alınan zəlzələ 5 bal gücündə olub.

Mənbə: apa.az