Ağstafada qəza olub, xəsarət alanlar var

Ağstafada qəza olub, xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Qəzada "Niva" ilə "Mercedes"markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az