Bulvarda OLAY: Skuterdən yıxılan qız başından ağır xəsarət aldı - VİDEO

Bulvarda OLAY: Skuterdən yıxılan qız başından ağır xəsarət aldı -

Bu gün Dənizkənarı Milli Parkda bədbəxt hadisə baş verib.

Bakı bulvarında elektron skuterdən istifadə edən qız yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

Xəsarət nəticəsində başından xeyli qan itirib. Hadisə yerinə ətrafdakı vətəndaşların çağırdığı təcili tibbi yardım maşını gəlib.

Lakin Dənizkənarı Bulvar İdarəsi nümayəndələrindən heç kəs hadisə yerində görünməyib. Baxmayaraq ki, bulvarda skuterdən istifadə qadağan edilib.

Mənbə: bizim.media