Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovu axtarışa verib.
Bu barədə informasiya nazirliyin məlumat bazasında yer alıb.
Qeyd olunur ki, “Daxili İşlər Nazirliyi 2 yanvar 1964-cü ildə Bakı şəhərində anadan olmuş, milliyyətcə erməni olan Arsen Borisoviç Avakovu axtarır”.
Avakovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi göstərilməyib.
Ukraynanın keçmiş informasiya siyasəti naziri Yuri Stets (2014-2019) də adı açıqlanmayan cinayət işi üzrə axtarışdadır.
Xatırladaq ki, Avakov 2014-2021-ci illərdə prezidentlər Petro Poroşenko (2014-2019) və Vladimir Zelenskinin dövründə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl o, Ali Radanın deputatı olub (2012-2014). 2005-2010-cu illərdə Xarkov vilayəti administrasiyasına rəhbərlik edib.
Mənbə: bizim.media