Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı

Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı

2024-cü ilin may ayında yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayı 280 nəfər təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilir ki, onların 36 nəfəri kişi, 244 nəfəri isə qadındır.

Mənbə: qafqazinfo.az