Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır

Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır

Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması üzrə danışıqlar davam etdirilir.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vislerlə birgə mətbuat konfransında deyib.

O əlavə edib ki, indiyədək Almatı bəyannaməsinə istinadən imzalanan bir sıra sənədlər imzalanıb və danışıqlar davam edir:

“Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır. Biz 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq bütün nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyirik. Ümid edirik ki, bu proses uğurla nəticələnəcək” – Alen Simonyan deyib.

Mənbə: apa.az