Qəbələdə zəncirvari qəza: Turistlər həlak oldular

Qəbələdə zəncirvari qəza: Turistlər həlak oldular

Qəbələdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, iki əcnəbi turist ölüb.

Hadisə bu gün axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "Mercedes-Benz" markalı minik avtomobilinin və yük maşınının toqquşması nəticəsində iki əcnəbi turist ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az