Bakıda gənc qızı avtomobili vurub

Bakıda gənc qızı avtomobili vurub

Bakının Binəqədi rayonunda yol qəzasındabir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, Ayna Sultanova adına parkdan çıxaraq qarşı tərəfə keçmək istəyən 2001-ci il təvəllüdlü Ağayeva Aysu Seymur qızını minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Mənbə: apa.az