“Kişiləri güclü olan qadınlar bilir ki...” - Rəşid Mahmudov

“Kişiləri güclü olan qadınlar bilir ki...” - Rəşid Mahmudov

Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovun İTV-də yayımlanan “Persona” verilişində qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu deməsi hələ də müzakirə edilir. Ş.Məmmədyarovun bu fikirləri artıq televiziya verilişlərində də müzakirəyə çıxarılıb.

Tibb Uniersitetinin (ATU) dosenti Rəşid Mahmudov Bakupost.az -a açıqlamasında tanınmış şahmatçı ilə həmrəy olduğunu bildirib.

Onun sözlərinə görə, kişilər arasında elə korifeylər var ki, qadınlar heç vaxt o səviyyəyə qalxa bilməz:

"Bu elmdir, mən özümdən demirəm. Ümumi götürəndə qadınların səviyyəsi kişilərdən yüksəkdədir. Məsələn, qadınlar səbirlidir, amma kişilər yox. Kişilər emosionaldır. Amerika alimləri araşdırma apararaq belə bir qənaətə gəliblər. Əlbəttə, hər şeydə birinci kişidir. Qadınların bunu aqressiyayla qəbul etməsi normaldır. Kişiləri güclü olan qadınlar bilir ki, kişi qadınlardan üstündür”.

Mənbə: www.bakupost.az