“Gördüm ki, əlindəki “dubinka” ilə üstümə gəlir” - VİDEO

“Gördüm ki, əlindəki “dubinka” ilə üstümə gəlir” -

"İşə tələsirdim, həmin sürücüdən yoldan çəkilməsi üçün “miqat” elədim. Sevindim ki, artıq yol ayrılır, o da “Şamaxinka”ya dönüb gedir. Bir də gördüm ki, maşını saxlayıb, əlindəki dubinka ilə üstümə gəlir”.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu sosial şəbəkələrdə taksi sürücüsü tərəfindən hücuma məruz qalması ilə bağlı görüntülər yayılan Məltəm Əsgərova bildirib.

O qeyd edib ki, hadisə ötən gün Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.

M.Əsgərova deyib ki, sürücünün ona hücum etməsinə səbəb yol üstündə olub:

“Həmin anda yaxşı ki, şüşələri qaldırdım, maşını qıfıla qoydum. Tanımadığım başqa bir sürücü hücum çəkən şəxsə nəsə deməsə idi, hələ də maşını döyəcləyəcəkdi. Məqsədi o idi ki, mən maşını açım”.

Ətraflı videomaterialda:

Mənbə: qafqazinfo.az