Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb

Mayın 25-i saat 18:00-a olan faktiki hava
Mayın 25-i saat 18:00-a olan məlumata əsasən öncədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti davam edir.

Naxçıvanda saat 16:10-16:15 radələrində diametri 1 mm olan dolu düşüb.

Müşahidə olunan küləkli hava şəraiti mayın 26-sı səhərədək davam edəcək.

Mənbə: apa.az