Maştağada 59 yaşlı yaşlı kişi küçədə bıçaqlandı

Maştağada 59 yaşlı yaşlı kişi küçədə bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı yaşlı kişi bıçaqlanıb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Kərimov Elxan Adil oğlu yaşağı evin yaxınlığında naməlum şəxs tərəfindən mübahisə zəmnində bıçaqlanıb.

Yaralı döş qəfəsinin və kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Mənbə: bizim.media