Mühafizəçinin şagirdi hansı səbəbdən döyməsi bilindi

Mühafizəçinin şagirdi hansı səbəbdən döyməsi bilindi

Polis Bakı məktəbində baş vermiş insidenti araşdırıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib.

O qeyd edib ki, iyunun 7-si paytaxtın Səbail rayonunda məktəblərdən birinin texniki işçisi ilə şagird arasında mübahisəni əks etdirən görüntülər araşdırılıb:

“Məktəbin işçisi Elşən Məmmədov polis orqanına dəvət olunaraq izahatı alınıb. O bildirib ki, şagird məktəbin idman zalının pəncərəsindən çıxdığına görə mübahisə yaranıb. Valideyninin iştirakı ilə izahatı alınan 9-cu sinif şagirdi də idman zalının qapısı bağlı olduğundan pəncərədən çıxdığını təsdiqləyib. Hazırda təhqiqat araşdırmaları davam etdirilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Səbail rayonunda yerləşən 189 nömrəli məktəbdə mühafizəçinin şagirdi döyməsini əks etdirən görüntülər yayılıb.

Mənbə: qafqazinfo.az