İsrail 50 fələstinli məhbusu azad etdi

İsrail 50 fələstinli məhbusu azad etdi

İsrail hökuməti dövlət həbsxanalarında saxlanılan 50 fələstinlini azad edib.

Bu barədə "Al Mayadeen" telekanalı xəbər verib.

Bildirilir ki, məhbuslar Qəzza zolağının şimalındakı Beyt-Lahiya şəhərinin qərbində yerləşən "Zikim" keçid məntəqəsindən buraxılıblar.

Onların "Kamal Advan" xəstəxanasına köçürüldüyü qeyd edilib.

Mənbə: oxu.az