Şirkət əməkdaşları qəzaya düşdü - Yaralılar var

Şirkət əməkdaşları qəzaya düşdü - Yaralılar var

Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobil aşıb.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanların Kəlbəcərdə işləyən şirkət əməkdaşları olduğu bildirilir.

Qəza nəticəsində avtomobilin sürücüsü, Türkiyə vətəndaşı 1965-ci il təvəllüdlü H.Medat, sərnişinlər - 1975-ci il təvəllüdlü R.Səmədov, 1986-cı il təvəllüdlü Ə.Əsgərov, 1975-ci il təvəllüdlü T.Səmədov və 1977-ci il təvəllüdlü F.İlyasov xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az