Toylarına hazırlaşan nişanlı cütlüyün planları bir göz qırpımında məhv oldu - Video

Toylarına hazırlaşan nişanlı cütlüyün planları bir göz qırpımında məhv oldu - Video

İyunun 26-da gecə saatlarında Şərur rayonunun Aşağı Daşarx kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı rayonun Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Rahib Ələkbərov və nişanlısı, 1993-cü il təvəllüdlü Şəfəq Məmmədova qəzaya düşüblər.

Nəticədə Rahib Ələkbərov vəfat edib.

Qohumu Murad Bayramovun sözlərinə görə, mərhum toyuna hazırlaşırmış: "Hamımızın fəxri idi, dostumuz idi. İki gün əvvəl nişanı oldu, toyuna hazırlaşırdıq. Dünən də bədbəxt hadisə baş verdi".

Qeyd edək ki, hadisə nəticəsində mərhumun nişanlısı Şəfəq Məmmədova Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ətraflı Baku TV-nin süjetində:

Mənbə: yenisabah.az