Rəisinin öldüyü meşədə yüzlərlə ağac kəsildi

Rəisinin öldüyü meşədə yüzlərlə ağac kəsildi

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olduğu Dizmar meşəsində yüzlərlə ağac kəsilib.

Bu barədə yerli ekofəallar məlumat yayıb.

Nadir ağac növlərinin kəsilməsi və meşə zolağının məhvinin İbrahim Rəisinin həlak olduğu yerdə ziyarətgahın inşası ilə bağlı olduğu deyilir.

Sözügedən təşəbbüs ciddi müzakirələrə səbəb olub.

Mənbə: qafqazinfo.az