Bəhreyn İsrail-Livan sərhədində gərginliyi azaltmağa çağırır

Bəhreyn İsrail-Livan sərhədində gərginliyi azaltmağa çağırır

Bəhreyn Ərəb Liqasının sədri olaraq İsrail-Livan sərhədində gərginliyin azaldılmasını və yəhudi dövləti ilə şiə Hizbullah hərəkatı arasında hərbi əməliyyatların dayandırılmasını istəyib.

Bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Krallıq münaqişə tərəfləri arasında atəşkəsə və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin həyata keçirilməsi üçün birgə işə çağırır” - XİN-in saytında dərc olunan məlumatda deyilir. Eyni zamanda çağırışda dinc əhalinin həyatını qoruyacaq və regionun təhlükəsizliyini təmin edəcək danışıqlar yolu ilə sülh yolunun həllini axtarışı da vurğulanır.

Mənbə: apa.az