Küləklə bağlı faktiki hava

Küləklə bağlı faktiki hava

Saat 23:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Tərtər, Goranboyda küləyin sürəti 15-19 m/s-dir.

Narıncı xəbərdarlığa uyğun olaraq isə Göyçay, Ağcabədi, Naftalanda küləyin sürəti 25 m/s təşkil edir.

Mənbə: qafqazinfo.az