Mal-qarasını göldən çıxarmaq istəyən Kürdəmir sakini suda batdı - FOTO

Mal-qarasını göldən çıxarmaq istəyən Kürdəmir sakini suda batdı -

Kürdəmir sakini göldə batıb.

Hadisə rayonun Təklə kəndində süni göllərdən birində baş verib.

Belə ki, rayonun Mürtülü kənd sakini Mahmudov Vasif Ələddin oğlu göldən mal-qarasını çıxarmaq istəyərkən suda batıb. Onun meyiti FHN- nin Aran dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda fakt araşdırılır.












Mənbə: bizim.media