Ədən körfəzində daha bir gəmi qəza siqnalı verib

Ədən körfəzində daha bir gəmi qəza siqnalı verib

Ədən körfəzində, Niştun şəhərindən 96 dəniz mili uzaqlıqda gəmi qəza siqnalı verib.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalırı Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Ticarət gəmilərinin bu rayondan keçərkən ehtiyatlı olmaları təvsiyə edilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Yəməndəki qiyamçı husilər İsraillə əlaqəli olan və Ədən körfəziylə Qırmızı dənizdən keçən ticarət gəmilərinin hədəfləri olacağını bəyan ediblər. Ötən dövrdə bir neçə gəmiyə pilotsuz uçuş aparatı və raketlərlə zərbə endirilib.

Mənbə: apa.az