Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə Xəstəxanayanı küçəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Səmayə Ağayeva yolu keçərkən onu minik avtomobili vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Mənbə: apa.az