Türkiyədə dəhşətli qəza: Sərxoş sürücü gənc qızı körpüdən aşırdı - ANBAAN GÖRÜNTÜLƏR

Türkiyədə dəhşətli qəza: Sərxoş sürücü gənc qızı körpüdən aşırdı - ANBAAN GÖRÜNTÜLƏR

Türkiyənin Mersin şəhərində dəhşətli qəza baş verib.

Kommersiya məqsədləri üçün istifadə edilən avtomobil qarşısında olan mikroavtobusu ötməyə çalışarkən ona arxadan çırpılıb. Sonra idarəetməni itirərək yol kənarındakı zibil konteynerinə, ardınca isə körpü boyu səkidə piyada gedən 21 yaşlı Beyza M. adlı qıza dəyib.

Nəticədə avtomobil körpünün kənarında asılı vəziyyətdə qalıb, gənc qız isə təxminən üç metr hündürlükdən yıxılaraq ağır yaralanıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qəzaya səbəb olan sürücünün sərxoş olduğu müəyyən edilib.

Hadisə yaxınlıqdakı iş yerinin təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.

Mənbə: oxu.az