Qarpızla dolu yük maşını dərəyə aşdı - Fotolar

Qarpızla dolu yük maşını dərəyə aşdı - Fotolar

Şamaxıda yol qəzası baş verib.

Hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb.

Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə: qafqazinfo.az