Nigeriyada xüsusi əməliyyat - “Boko-Haram”ın 100-dən çox üzvü məhv edildi

Nigeriyada xüsusi əməliyyat - “Boko-Haram”ın 100-dən çox üzvü məhv edildi

Nigeriyanın şimal-şərqində “Boko-Haram” terror qruplaşmasına qarşı əməliyyat keçirilib. Təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı 100-dən çox terrorçu məhv edilib. Bildirilir ki, əməliyyat “Boko-Haram” üzvlərinin bir neçə gün əvvəl 29 hərbçinin ölümü və 21-nin yaralanmasıyla nəticələnən silahlı hücumuna cavabdır.

Qeyd edək ki, son illər terrorçu qruplaşmanın hücumları zamanı 20 mindən çox insan qətlə yetirilib.

atv.az

Mənbə: www.atv.az