Diyarbəkirdə partlayış 5 nəfərin ölümünə səbəb olub

Diyarbəkirdə partlayış 5 nəfərin ölümünə səbəb olub

Çərşənbə günü Türkiyənin cənub-şərqində yol kənarına yerləşdirilmiş əldəqayırma qurğunun partlaması 5 meşə təsərrüfatı işçisinin ölümünə səbəb olub.

Bölgə qubernatorluğu əsasən kürdlərin yaşadığı Diyarbəkir vilayətindəki Kulp şəhəri yaxınlığındakı partlayışda əvvəllər də oxşar hücumları həyata keçirən kürd üsyançılarını günahlandırır.

Məsuliyyəti üzərinə götürən olmayıb.

Kürdüstan İşçi Partiyası (PKK) Türkiyənin əsasən kürdlərin cənub-şərq bölgəsində otuz ildən çoxdur üsyanı davam etdirir. 1984-cü ildə başlayan münaqişə on minlərlə insanın ölümünə səbəb olub.

PKK Türkiyə, ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı olaraq tanınır.

Diyarbəkir valiliyinin verdiyi məlumata görə, hücumda əli olanların axtarışını Türkiyə hərbçiləri həyata keçirir.

Keçən il Kulpda 4 kənd sakinin ölümü ilə nəticələnən hücumda PKK günahlandırılıb.

Keçən həftə PKK-nın işi olduğu düşünülən Türkiyənin şərqindəki partlayış təbii qaz borusuna ziyan vurub və İrandan gələn qaz axınını dayandırılıb.

Mənbə: www.amerikaninsesi.org