İcra başçısı onlayn qəbulda dinlədiyi sakinin evinə gəldi – ONA BU HƏDİYYƏNİ VERDİ

İcra başçısı onlayn qəbulda dinlədiyi sakinin evinə gəldi – ONA BU HƏDİYYƏNİ VERDİ

İsmayıllısakini dövlət dəstəyini evində aldı

İsmayıllışəhər sakini, II qrup əlil İlham Dadaşova evində elektron araba hədiyyə olunub.Belə ki, bu günlərdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov əzələ xəstəliyindənəziyyət çəkən vətəndaşı videobağlantı vasitəsi ilə qəbul edib. Görüşün mövzusurayon sakininin xəstəliyi barədə olub. Müalicənin gedişi və bu sahədə çətinliklərdənbəhs olunub. İ.Dadaşova dəstək veriləcəyi bildirib.

Sfera.az xəbər verir ki, videoqəbuldan 2 gün sonra, icra başçısı dövlət qayğısından irəligələn hədiyyəni vətəndaşa evində verib, onu Ramazan bayramı və 28 May –Respublika Günü münasibəti ilə təbrik edib. Karantin qaydalarına əməl olunaraqtəşkil edilmiş yeni görüş zamanı rayon sakini qısa zamanda dövlət tərəfindəngöstərilən köməyə görə təşəkkürünü bildirib. O, əlilliyi ilə əlaqədar hər ay dövlətdənaldığı təqaüdə görə də məmnunluğunu nəzərə çatdırıb.

Mənbə: sfera.az