Londonda qılıncla insanlara hücum etdi, yaralılar var

Londonda qılıncla insanlara hücum etdi, yaralılar var

Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxs əlində qılıncla yoldan keçən insanlara hücum edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, nəticədə bir neçə nəfər xəsarət alıb.

Hücum edən 36 yaşlı kişi saxlanılıb.

İlkin məlumata görə, cinayətkarın hücum etdiyi şəxslər arasında iki polis var. Xəsarət alanların vəziyyəti haqda məlumat verilmir.

Mənbə: qafqazinfo.az