Restoranlar bağlandı: Siçovullar zirzəmilərdən çıxdı

Restoranlar bağlandı: Siçovullar zirzəmilərdən çıxdı

ABŞ-da yeni növ koronaviruun yayılması siçovulları daha aqressivləşdirib.

Cebhe.info-nun məlumatına görə, mütəxəssislər bunu restoranların və digər iaşə müəssisələrin bağlanması ilə əlaqələndirir. Belə ki, qida tullantılarının əksəriyyətini siçovullar yeyir. Tətbiq olunan məhdudlaşdırıcı tədbirlər qida miqdarının azalmasına səbəb olub. Nəticədə, gəmiricilər yeni qida mənbələri axtarmalı olurlar.

"Siçovullar insanlara qarşı deyil, bir-birlərinə qarşı aqressiv olurlar",-ratoloq Bob Korriqan belə deyib.

Onun sözlərinə görə, Nyu-Yorkda bir neçə yüz nəsillər boyu yerli restoranların tullantılarından asılı olan siçovulların müəyyən koloniyaları var. "The New York Times" qəzeti yazır ki, Çikaqoda gəmiricilər uzun məsafələri qət edərək gündüzlər belə cəsarətlə yemək axtarmağa başlayıb.

Mənbə: cebhe.info