Türkiyədə 5 baldan çox zəlzələ oldu

Türkiyədə 5 baldan çox zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda 5,3 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” Türkiyə mediasına isitnadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) məlumat yayıb.

Yerin 7 kilometrliyində qeydə alınan təkanlar Diyarbakır, Şanlıurfa, Batman, Adıyaman və Elazığda hiss olunub.

Mənbə: qafqazinfo.az