Rusiyada mədəndə qəza baş verib, 4 nəfər həlak olub

Rusiyada mədəndə qəza baş verib, 4 nəfər həlak olub

Bakı. Trend:

Rusiya Federasiyasının Komi Respublikasında "Vorgaşorskaya" mədənində qəza baş verib.

Trend-in "İnterfaks"-a istinadən verdiyi məlumata görə, baş verən qəzada bir neçə mədənçi həlak olub.

Bildirilib ki, mədəndə kömür kəməri konveyeri olan yerüstü tikili çöküb. Dörd mədənçinin cəsədi dağıntılardan çıxarılıb.

Çökmüş konstruksiyanın dağıtma işləri davam edir.

Mənbə: az.trend.az