52 yaşlı kişi tüfənglə qətlə yetirildi - Şübhəli saxlanıldı

52 yaşlı kişi tüfənglə qətlə yetirildi - Şübhəli saxlanıldı

Avqustun 7-də saat 20:00 radələrində Sabunçu rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğulunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu haqda “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Mənbə: qafqazinfo.az