"Son zəng" günü məzun qəza törətdi - Yaralanan var (VİDEO)

"Son zəng" günü məzun qəza törətdi - Yaralanan var (VİDEO)

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza Cəfər Xəndan küçəsi ilə Azadlıq Prospektinin kəsişməsində baş verib.
"90-PJ-760" dövlət nömrə nişanlı "Ravon" markalı avtomobillə "Mercedes E Class" toqquşub.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Qəza nəticəsində yaralanan "Mercedes E Class"ın sürücüsü təcili olaraq xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, qəzanı törədən sürücülərdən biri "Son zəng" məzunu olub.

Mənbə: www.unikal.org