Həbs olunan məşhur narkobaron 216 milyon dolları təhvil verəcək

Həbs olunan məşhur narkobaron  216 milyon dolları  təhvil verəcək<span class="qirmizi"></span>

Məşhur kolumbiyalı narkobaron, "Otoniel" ləqəbi ilə tanınan Dairo Antonio Usuqa ABŞ məhkəməsində narkoticarətlə məşğul olmasını etiraf edib. AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Maraqlıdır ki, 51 yaşlı kokain alverçisi narkotikdən əldə edilən 216 milyon dolları təhvil verməyə razılaşıb.

İndi onu ən azı 20 il və ya ömürlük həbs cəzası gözləyir.

Prokurorlardan biri Otonieli Pablo Escobardan sonra ən əhəmiyyətli Kolumbiyalı narkotik alverçisi adlandırıb. ABŞ Narkotiklərlə Mübarizə İdarəsi isə onun "dünyanın ən qəddar və məhsuldar narkotik satıcılarından biri" olduğunu bəyan edib. ABŞ onun tapılmasına kömək edənə 5 milyon dollar mükafat təklif edib.

"Otoniel" 10 ilə yaxın bir müddətdə Kolumbiyanın ən güclü cinayətkar dəstəsinin lideri olub. O, 2021-ci ilin oktyabrında Kolumbiyada gizləndiyi məkandaca həbs edilib. Narkobaron keçən il ABŞ-a ekstradisiya edilib. Usuqanın yerinin deyilməsinə görə 5 milyon mükafat təyin edilmişdi.

Tural Tağıyev

 

Mənbə: azvision.az