İranda iki etnik bəluc edam edildi

İranda iki etnik bəluc edam edildi<span class="qirmizi"></span>

İyunun 6-da İranın Kirman şəhərinin həbsxanasında iki etnik bəluc edam edilib.

Axar.az xəbər verir ki, bu barədə bəluc fəallar məlumat yayıblar.

40 yaşlı Malik Bəluc Mahani və 32 yaşlı Kambiz Bərzkar narkotik maddələrin alverində günahlandırılırdılar.

Qeyd edək ki, son statistikaya əsasən, cari ilin ilk 5 ayında icra edilən edam cəzaları ötən ilin analoji dövrü ilə müqayisədə 76% artıb.

Mənbə: axar.az