“Gənclik Mall”-dan yanğın həyəcanı ilə bağlı AÇIQLAMA

“Gənclik Mall”-dan yanğın həyəcanı ilə bağlı  AÇIQLAMA

Bakının ən iri ticarət mərkəzlərindən biri olan “Gənclik Mall”da həyəcanlı anlar yaşanıb.

“GənclikMall”-dan Redaktor.az-a verilən məlumata görə, həyəcan siqnalı yanlışlıq nəticəsində çalınıb:

“Texniki səbəbdən siqnalizasiya işə düşüb. Yanğın baş verməyib. Hər hansı narahatlığa səbəb yoxdur. Ticarət mərkəzi hazırda adi qaydada fəaliyyətini davam etdirir”.

Sevda Ulutau

Mənbə: redaktor.az