Abşeronda avtomobilin vurduğu 60 yaşlı qadın ölüb.
Hadisə fevralın 10-u səhər saatlarında qeydə alınıb.
Yolu keçmək istəyən piyada, 1965-ci il təvəllüdlü Rəsmiyyə Salehovanı avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: yenisabah.az