Fransada koronavirusu kilsə yaydı - İlginc iddia

Fransada koronavirusu kilsə yaydı - İlginc iddia

Fransada koronavirusun (COVİD-19) yayılması ilə bağlı ilginc iddia ortaya atılıb.

Axar.az xəbər verir ki, “Frans İnfo” nəşri ölkədə virusun Mulhaus şəhərində Yevangeliya kilsəsində ayinə 2 min insanın qatılmasından sonra yayıldığını iddia edib.

Araşdırmalar nəticəsində məlum olub ki, 17-21 mart tarixlərində ayinlərdə iştirak edən mindən çox insan virusa yoluxub.

Belə ki, ayində olan Strasburq xəstəxanasının tibb bacısı ən azı 250 pasiyentinə COVİD-19-u yoluxdurub.

Bundan əlavə, ayində virusa yoluxanlar Paris, Orlean, Besançon, Belfort, Dijon, Macon, Agen, Brianton şəhərlərinə səfər edərək, koronavirusun yayılmasına şərait yaradıb.

Mənbə: axar.az