Koronavirusa qalib gəldi və alqışlarla yola salındı-VİDEO

Koronavirusa qalib gəldi və alqışlarla yola salındı-VİDEO

Koronavirusa qarşı mübarizədə Türkiyənin Bursa Şəhər Xəstəxanasından yaxşı xəbərlər gəlir.

SONXEBER.AZ iha.com.tr-yə istinadən xəbər verir ki, bir həftə reanimasiya şöbəsində müalicə alaraq qurğuya qoşulan bursalı, 52 yaşlı qan təzyiqi xəstəsi sağlamlığına qovuşub. Belə ki, həkimlər və tibb bacıları sağalan xəstəni alqışlarla evə yola salıblar.

Digər tərəfdən Bursa İcra Hakimiyyəti "Bursa Şəhər Xəstəxanasında Covid-19 diaqnozu ilə reanimasiyaya alınan xəstəmiz bu gün sağalıb və xəstəxanadan evə göndərilib. Bu müjdəli xəbər hamımızı ümidvar edir. Birlikdə uğur qazanacağıq" deyib.

F.Ağayeva

Mənbə: sonxeber.az