Bakıda güclü külək AĞACLARI AŞIRIB - FOTO/VİDEO

Bakıda güclü külək AĞACLARI AŞIRIB -

Bakıda güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir.

Bizim.Media xəbər verir ki, hava şəraiti ilə əlaqədar Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində ağaclar aşıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən oxu.az-a bildirilib ki, aşan ağac artıq ərazidən götürülüb.

"Aşan ağac dərhal birliyin operativ qrupları tərəfindən ərazidən götürülüb. Qeyd edək ki, birlik hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır", - deyə məlumatda bildirilib.








Bizim.Media

Mənbə: bizim.media