İranın Şiraz hava limanına bir gündə beş sərnişin təyyarəsi qəza enişi edib.
Bu barədə “Fars Hava Limanları” təşkilatının baş direktoru Fəxrəddin Keşavərzə istinadən məlumat verib.
Keşavərzin sözlərinə görə, təyyarələrin qəza eniş etməsinin səbəbi Kiş və Əssəluyeha hava limanlarında əlverişsiz hava şəraiti olub.
Uçuşlar təyinat məntəqəsindəki pis hava şəraiti səbəbilə başqa istiqamətə yönləndirilib və Şiraz hava limanında yerə enib.
Onun sözlərinə görə, hava şəraitinin yaxşılaşmasından sonra sərnişin təyyarələrindən biri təxminən bir saatlıq gözləmədən sonra Şirazdan yola düşüb.
Mənbə: axar.az