Astarada evdən kişi meyiti tapılıb.
Hadisə Astara şəhərində mənzillərin birində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti yaşadığı mənzildə asılı vəziyyətdə tapılıb.
İlkin məlumata görə, 3 qız, 1 oğul atası olan Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir.
Qeyd edək ki, N. Kərimov sakini olduğu rayonda tanınmış bərbər kimi tanınıb.
Surxay Şahbazov
Mənbə: qafqazinfo.az