Bakıda 82 yaşlı kişini maşın vurub

Bakıda 82 yaşlı kişini maşın vurub

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Buzovna qəsəbəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Cəsur Bağırov idarə etdiyi avtomobillə piyada 1943-cü il təvəllüdlü Vasib Babayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Mənbə: apa.az