Ağcabədidə həyətyanı sahələri su basıb - Fotolar

Ağcabədidə həyətyanı sahələri su basıb -

Ağcabədidə yüzə yaxın evin həyətini su basıb.

Subasma hadisəsi Laçından olan keçmiş məcburi köçkünlər üçün Taxta körpü qəsəbəsində salınan 245 saylı qəsəbədə baş verib.

Yağan yağışlar nəticəsində yaşayış evlərinin həyətlərini və küçələri su basıb.

Hazırda FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb edilib.

Ziya Əmirxanlı



Mənbə: qafqazinfo.az