Sumqayıtda ticarət mərkəzində yanğın baş verib

Sumqayıtda ticarət mərkəzində yanğın baş verib

Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Mənbə: qafqazinfo.az