Hizbullahın önəmli ismi öldürüldü

Hizbullahın önəmli ismi öldürüldü

İsrail ordusunun Livanda keçirdiyi əməliyyat zamanı 4400-cü bölmənin komandir müavini, Hizbullah üzvü Hüseyn Əli Nəsr öldürülüb.

Bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

"4400-cü bölmənin komandir müavini vəzifəsini icra edən terrorçu Hüseyn Əli Nəsrə zərbə endirilib", - ordunun bəyanatında deyilir.

Bildirilib ki, Nəsr Livana qeyri-qanuni silah göndərilməsini koordinasiya edib, iranlı əməliyyatçılarla qarşılıqlı əlaqədə olub.

Mənbə: axar.az